Xəbər verdiyimiz kimi, müğənni-bəstəkar Rəhim Rəhimli gecə saatlarında vəfat edib.
Axşam.az xəbər verir ki, ifaçını son mənzilə yola salanlar arasında şair Könül Nazimqızı da var.
K.Nazimqızı Rəhimin səhhəti ilə bağlı Axşam.az-a açıqlama verib:
"Rəhim ölümdən qorxurdu. Deyirdim müalicə edək. Deyirdi, artıq gecikmişəm".
Könül onunla bağlı son görüşünü belə xatırlayıb:
"15-20 ildir dostluq edirik. Çox az halda olurdu ki, danışmırdıq. Demək olar hər gün zəngləşirdik. 3-4 gün əvvəl bizə gələndə evdə olmamışdım.
Həkim dedi ki, Rəhim çox xəstədir. Ona deyirdim, gəl həkimə gedək, getmədi".
O, həmçinin yeni mahnı üzərində işlədiklərini vurğulayıb:
"Yeni mahnı yazmışdıq. O gün rəfiqəmlə danışıdım, dedim belə getsə, Rəhim öləcək. Deyirdi Allah məni çox istəyir".