Mərhum müğənni Rəhim Rəhimlini son mənzilə yola salanlar arasında Xalq artisti Aygün Kazımova və müğənni Elnur Məmmədov da yer alıb.
Sənətçilər görüşən zaman Axşam.az obyektivinə tuş gəlib.
Elnur Kazımovanı qucaqlayaraq "O qədər pis olmuşam. Bura çatanda gördüm yaxına keçə bilmirəm" sözlərini söyləyib.
A.Kazımova isə "Bir-birimizin qədrini bilək" deyərək, sənət dostlarına səslənib.