Müğənni Xatun Əliyeva öz adını əlinə yazması ilə diqqət çəkib.
Sənətçi Xalq artisti Ağadadaş Ağayevin oğlu Seymurun toy məclisində Axşam.az obyektivinə tuş gəlib. Geyimindən danışan Xatun bir vaxtlar bununla şou qursa da, artıq dəyişdiyini bildirib:
“Heç vaxt qiymət deməyi sevmirəm. Bunu mən geyinirəmsə, qiymətsizdir. Safa oxşayıram? O səhvləri çoxdan etmişəm, indi onları düzəltməklə məşğulam”.
Sənətdə küsülü olduğu müğənnilərdən danışan ifaçı “Hamını bağışlayıram, ölümlü dünyadır. Kin insanın özünü yeyir. Çalışdığım qədər bu aləmdən uzaq dururam. Hardasa sənət dostlarım məni görürsə, əzizləyirlər. Səhvini başa düşən könlümü alır” sözlərini əlavə edib.
Xatun onun ifasını tənqid edən Əminə Şirinə cavab verib:
“Ondan da incimirəm. Hələ ondan sonra haradasa qarşılaşmamışıq. Mən də vaxtında böyüklərin, məşhurların adını çəkmişəm, bilməmişəm. O da yəqin ki, bilməyib”.
Qeyd edək ki, Əminə “Şourum” proqramında Xatun haqda “Züm-zümə edənlərin sırasındadır. Səsini bəyənmirəm. İfa etmək başqa bir şeydir, züm-zümə etmək başqa. O, züm-zümə edir, nəinki ifa. Hansı bir ifası var? Canlı bir ifası var efirlərdən? Təəccübləndirin məni, xahiş edirəm” sözlərini söyləmişdi.
Foto: İlqam Cəbiyev