Payızın dəbli aksessuarları

Payızın dəbli aksessuarları
4959 dəfə oxunub
  • A-
  • A
  • A+

Əvvəl yaz və yayda aksessuardan istifadə dəb idirsə, indi payız və qışda da xanımlar bəzək əşyalarından istifadə edir. 

Axşam.az-ın məlumatına görə, geyimi gözəlləşdirən, imicimizi tamamlayan aksessurların düzgün seçimi vacibdir. Sizlərə payızın sərin günlərində geyiminizi rəngləndirə biləcəyiniz aksessuarlar təqdim edir:

Bu payız daha çox zəncir formasında bəzək əşyaları istifadə ediləcək. Sırğa və boyunbaq seçimində də zəncir formalı modellərə üstünlük verin.

Onların incə və qalın olmasını isə geyiminizə uyğun seçə bilərsiniz.

Sırğalarınızda daha çox halqa formadan istifadə edin. 

Qızılı rəngli aksessuarlar gümüşüdən daha çox dəbdə olacaq. 

Bir də bu payız mirvarilər də geyimlərinizi bəzəyə bilər.