Aparıcı Aytən Səfərova oğlu Raul ilə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, aparıcı övladıyla birlikdə çəkilən fotolarını sosial şəbəkədə yayımlayaraq onun ad günü olduğunu bildirib:
"Doğum günün mübarək, vətənpərvər ruhda böyütdüyümüz oğlum. Azərbaycana layiqli övlad, valideynlərinə fəxr olasan".
Qeyd edək ki, A.Səfərovanın bir qız övladı da var.