"Coffeemania"nın qəhvə mütəxəssisi Azərbaycanda - Müsahibə+Fotolar

"Coffeemania"nın qəhvə mütəxəssisi Azərbaycanda - Müsahibə+Fotolar
974 dəfə oxunub
  • A-
  • A
  • A+

"Coffeemania" restoranlar şəbəkəsinin qəhvə mütəxəssisi Fatih Arslan bu günlərdə Bakıya gəlib.

Azərbaycanda keçirilən qəhvə festivalına qatılan Fatih Arslan Axşam.az-a müsahibə verib. 

- Qəhvə sevgisi haradan başladı?

- 2009-cu ildə "Coffeemania"da koordinator olaraq işə başladım. Keçmişdə ailəm restoran işlədib. Bu işin içində doğuldum deyə bilərəm. Kafe sahəsində "Coffeemania"da çalışmağa başladım və qəhvə ilə tanış oldum. Bu işi sevdim, araşdırmağa başladım və təhsilini aldım. Bir müddət sonra isə "Coffeemania"da qəhvə keyfiyyətini necə artıra, daha da yuxarı qaldıra bilərik deyə, çalışmağa başladım. İlk olaraq qəhvə istehsal etmək qərarına gəldik. Almaniya, İtaliya və digər ölkələrdə daddığımız qəhvələri idxal etməyə başladıq. Amma qəhvə tez boyatlayır. İdxalın doğru qərar olmadığını düşünüb, istehsal etməyi seçdik. 2013-cü ildə qəhvə qovurmağa qərar verdik. Bu işi bilmədiyimiz üçün təhsil almağa üstünlük verdik. Almaniyada bu işin ustası olan türk əsilli bəylə tanış oldum və 2,5 il onunla çalışdım, ortaq şirkət qurduq, qəhvə qovurmağa başladıq. 2,5 il sonra ayrıldı və tək davam etdim. "Coffeemania"nın sahibləri ilə birikdə yola davam etdik. 2013-cü ildən bəri qəhvə hazırlayırıq. Daim özümüzü inkişaf etdirir, yeniliklər axtarır, Efiopiya, Kolumbiya tarlalarını gəzərək daha necə gözəl qəhvə əldə edə bilərik deyə baxırıq. 

- 10 ilə yaxındır ki, bu sahədəsiniz. İllər ərzində nələr dəyişdi və nə kimi yeniliklər təqdim etdiniz?

- Bütün qəhvə növlərini edə bilirik: türk qəhvəsi, filtr qəhvə, espresso... Onların da bir-birindən fərqlənən növləri var. Hazırda 12-13 fərqli qəhvə növümüz var. Hamısında da ən yaxşısını, yüksək keyfiyyətlisini edirik. Qəhvənin keyfiyyəti yetişdiyi ərazidən asılıdır. Bizim əlimizə gələndən sonra isə doğru qovrulmalıdır. Əgər qəhvəni doğru qovursanız, onda mükəmməl nəticə əldə edəcəksiniz.  

- Ən çox haradan qəhvə alırsınız?

- Bizim bir ünvanımız yoxdur. Hər zaman axtarışdayıq. Ən yaxşısı hardadırsa, oradan da çiy qəhvə alırıq.  

- "Coffeemania" adı haradan gəlir?

- "Mania" - bir şeyə olan bağlılıqdır. "Coffee" də qəhvə deməkdir. Bizim "Coffeemania" adımız da qəhvəyə olan bağlılığımızdan yaranıb. 

- Azərbaycanda neçə restoranınız fəaliyyət göstərir?

- İki şəhərdə, ümumilikdə 4 kafemiz var. Daha 4 kafemizi açmağı düşünürük. Hazırda isə "Coffeemania next" adlı yeni bir konseptimiz var. Onların da açılışı gözlənilir. Fərqi odur ki, "Coffeemania"da çox sayda yemək çeşidləri, şirniyyatlar var. "Coffeemania next" isə daha çox bar stilində olacaq. Burada içkilər və şirniyyat təqdim olunacaq. Yəni, ana yeməklər olmayacaq. 

- "Coffeemania"nın fərqi digərlərindən nədir? Nə üçün müştəri sizi seçməlidir?

- Çox yüksək keyfiyətli qəhvə təqdim edirik. Bu işin arxasında böyük və peşəkar komanda var. Ən önəmlisi bizim qəhvələr keyfiyyətlidir. Dünyanı gəzir, harada keyfiyyətli qəhvə görürüksə, onu da məkanımıza gətiririk. Müştəri gülər üz, gözəl xidmət görəcək, özünü evindəki kimi rahat hiss edəcək. Bizim də fərqli, özümüzəməxsus içəcəklərimiz var.

- Bir qəhvə mütəxəssisi olaraq qəhvəsevərlərə nə məsləhət görürsünüz?

- Mən qəhvəni sadə, südsüz, şəkərsiz qəhvə dadını alaraq içməyi məsləhət görürəm. İndiki gənclər isə onu süd və şəkərlə qarışdırmağı sevir. Gün ərzində 4-5 fincandan çox qəhvə içilməməlidir. 

- Daha hansı ölkələrdə "Coffeemania" restoranları fəaliyyət göstərir?

- Misirdə, Almaniyada, Türkiyədə 65 şöbəmiz var. 20 fərqli ölkədə danışıqlar aparılır.

Ünvan:

Əhmədli (050) 260 80 40
Nərimanov (055) 755 11 77
Gəncə Mall (050) 537 77 11
Dəniz Mall (050) 224 25 55

www.coffeemania.com

İnstaqram: coffeemaniaaz