Aygün Kazımova ilə Rəsuldan maraqlı - Fotosessiya

Aygün Kazımova ilə Rəsuldan maraqlı - Fotosessiya
8467 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Aygün Kazımova müğənni Rəsul Əfəndiyev ilə növbəti dəfə duet oxuyub. 

Axşam.az xəbər verir ki, ifaçıların rus dilində səsləndirdiyi mahnı "Poqodi pastoy" adlanır. Mahnı hazırda yutub kanalına yerləşdirilməsə də, radiolarda, musiqi platformalarında yer alıb. Kazımova və Əfəndiyev mahnını kliplə birlikdə təqdim etməyi planlaşdırır.

Müğənni yeni işləri üçün fotokamera qarşısına keçərək şəkillər də çəkdirib. Dəniz kənarında lentə alınan şəkillərin müəllifi Vüsal Adıgözəlovdur. Şəkillərdə Kazımovanın stili üzərində Ruxa, Rəsulun isə Fuad Çerniy çalışıb.