Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunan gecədən - Fotolar

Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunan gecədən - Fotolar
1384 dəfə oxunub
  • A-
  • A
  • A+

SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin 80 illiyinə həsr olunmuş konsert proqramı keçirilib.

Axşam.az xəbər verir ki, Heydər Əliyev Sarayında baş tutan gecədə mədəniyyət naziri Anar Kərimov Müslüm Maqomayevin həyat yolu və yaradıcılığından danışıb.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Müslüm Maqomayevlə bağlı öz xatirələrini bölüşüb onun bənzərsiz yaradıcılığından söz açıb.

Görkəmli sənətkarın 80 illik yubileyi münasibətilə təşkil olunan konsert proqramı dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiətilə keçirilib. Gecədə tanınmış sənət adamları səhnəyə çıxıb. 

Foto: Ramin Aslanov