Bakıda Qafqazın ən böyük bazarı açıldı - Abşeron Tikinti Materialları Mərkəzi

Bakıda Qafqazın ən böyük bazarı açıldı - Abşeron Tikinti Materialları Mərkəzi
8236 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Bakıda Qafqazın ən böyük tikinti materialları bazarı - Abşeron Tikinti Materialları Mərkəzinin təmtəraqlı açılışı olub.

Axşam.az xəbər verir ki, mərkəz Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 255 hektar ərazidə inşa edilib. Bazarın inşası və fəaliyyəti 2020-ci ildə başlayıb.

Abşeron Tikinti Materialları Mərkəzinin direktoru Anar Bədəlov çıxış edərək mərkəzlə bağlı məlumatları bölüşüb. O bildirib ki, sahibkarlar üçün böyük güzəştlər təqdim edilib:

"2020-ci ildə buralar qamışlıq idi. Bizim təsdiqlənmiş layihəmiz 2 ilə gerçəkləşdi. Hazırda 55 hektarın açılışıdır. Gələcəkdə isə 200 hektardan ibarət sənaye sahəsi də olacaq. Abşeron Tikinti Materialları Mərkəzinin mindən yuxarı mağazası var. 24 hektar açıq sahədən ibarətdir. Armatur, alçipan, taxta, qara metal da satılacaq. Bakının tıxac hissələrdə olan tikinti materialları mağazalarını bazarımıza dəvət edirik. Çünki bizim mərkəzimiz hər kəs üçün əlverişli bir yerdə yerləşir. Cənub, Qərb və Şimala gedən yollarımız var. Sahibkarlara tam təmirli, optik internetli, istilik sistemli mərkəz təqdim edirik. Hətta sahibkarlara dəstək üçün onları ilk 6-7 ay icarə haqqından azad etmişik. Ondan sonra müqavilə imzalanacaq və icarə haqqı götürüləcək".

Açılış mərasimində 50 sahibkar 50 qayçı ilə lenti kəsib. Mərasimdə bir çox sahibkarlara mükafat təqdim olunub. 

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək, Abşeron Tikinti Materialları Mərkəzindən bəhs edib. o bildirib ki, dövlət hər zaman sahibkarlara dəstək olub. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov sahibkarların bu bazarı açmaqla böyük bir işə imza atdıqlarını vurğulayıb. O, əlavə edib ki, mərkəzin qısa zamanda səs salacağına əmindir. 

Qeyd edək ki, bazarda müştərilərin rahat alış-veriş etməsi üçün xidmət sektoru da fəaliyyət göstərəcək. Layihənin planında Mərkəzdə bank, gömrük xidməti kimi inzibati idarələrin və  bura gələn qonaqların rahatlığını təmin etmək üçün otel, avtodayanacaq, kafe-restoran, market tipli obyektlərin inşası planlaşdırılıb.

Abşeron Tikinti Materialları Mərkəzindəki mağazaların sahəsi 42 kv m2-dən başlayaraq 400 kv m2-dək dəyişir. Bundan başqa müxtəlif cür malları saxlama qabiliyyətinə malik böyük həcmli anbarlar müştərilərin xidmətinə verilir. Müştərilərə təklif olunan icarə qiymətləri isə bugünkü bazar qiymətlərinə görə daha ucuzdur.

Bazarda məhsulların saxlanması üçün xüsusi anbarlar mövcuddur.  Anbarlar kimyəvi (azot, gübrə, boya və s.) tibbi və normal tipli bölmələrdən ibarətdir. Abşeron Tikinti Materialları Mərkəzindəki anbarların sahəsi minimum 200 kv m2-dən başlayaraq maksimum 800 kv m2-dək dəyişir. Ümumilikdə mərkəzin anbar bölməsinin sahəsi 60000 kv m2 -ə yaxın təşkil edir.

Abşeron Tikinti Materialları Mərkəzi tikinti məhsullarının mərkəzdən birbaşa istənilən ünvana çatdırılmasını təmin edən geniş şəbəkəli, böyük işçi qüvvəsinə malik ödənişli olmaq şərtilə mərkəzin ayrıca logistika xidmətini istifadəyə verəcək. Bu məqsədlə Abşeron Tikinti Materialları Mərkəzi qeyd olunan xidmətləri həyata keçirmək üçün müasir standartlara cavab vermə şərait yaradır.

Ünvan: Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yolu 57

E-mail: [email protected]

Tel.: (012) 525 90 90 

Mob.: (050) 241 67 67