Müğənni Günel Zeynalovanın ad günü məclisinə qatılanlar arasında həmkarı Sevda Yahyayeva da yer alıb.
Axşam.az xəbər verir ki, sənətçi gecəyə həkim həyat yoldaşı Zakir Bayramola birlikdə qatılıb.
Sevda Günelə arzular səsləndirərəkən Axşam.az obyektivinə tuş gəlib. Sənətçi həmkarının tezliklə ailə qurmasını və ana olmasını diləyib. Ana olmağa hazırlaşan Yahyayeva sağ əlini Günelin başına qoyub.