"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva övladlarının Hellouin bayramından görüntülərini yayımlayıb.
Axşam.az xəbər verir ki, o, instaqramda yayımladığı fotoların şərh bölümünü də bağlayıb. Şəkildə Safurənin oğulları İsgəndər, Natiq və qızı Aişə yer alıblar.
Qeyd edək ki, Safurə mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. Onlar İstanbulda yaşayırlar.