"Qadın evə gecə 1-də də, 2-də də, 3-də də gələ bilər. Əsl qadın nə vaxt istəyir, onda da evə gələr. Özünə inanan qadın belə etməlidir".
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Pərvanə Tahirzıqı "Elgizlə izlə" proqramında deyib. Onun bu sözləri verilişdə oturan ekspert, vəkil Şəfiqə Nağıyevanı özündən çıxardıb.
O, "Düz deyil, kişilər, oturun gözləyin, həyat yoldaşınız evə 3-də gələcək. Düz demirsən, çağırışı pis edirsən" sözlərini söyləyib.
Əsəbiləşən Pərvanə qışqıraraq "Dinləyin nə deyirəm. Heç kimin fikrini dinləmirsiniz. Adamı səbirdən çıxarırsınız, bu dərəcədə olmaz. Normal fikrinizi bildirin" cavabını verib.