"Bugünüylə yaşayan müğənnilər nə desən edirlər"

"Bugünüylə yaşayan müğənnilər nə desən edirlər"
7926 dəfə oxunub
  • A-
  • A
  • A+

"Biz yayımdan asılıyıq. Harada və necə yayımlayaq. Ən önəmlisi də bunun maddi tərəfidir. Bu gün sosial şəbəkədə o qədər oxuyanlar var ki... bir müğənni qarşıma çıxdı. Mahnısının 500 milyon izlənmə sayı var. Bu sənət demək deyil. Biz sənət adamları sənətimizi sata, göstərə bilmirik. Ancaq düşünürük ki, səviyyəli el şənliyi olacaq, orada çıxış edəcəyik və qonorarımızı alacağıq. Bu pulla bəstəkardan aldığımız mahnının pulunu verəcəyik, klip çəkəcəyik və efirə çıxaracağıq. Bütün bunlar olmasa, biz heç nə edə bilmirik".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Səhərin səsi" proqramında deyib. Sənətçi bəzi müğənnilərin gündəmdə qalmaq üçün hər yola əl atdığını bildirib:

"Bu günü üçün yaşayan müğənnilər var, nə desən edirlər. Geyimi və ya davranışıyla olsun... Onlar toya daha baha qonorara gedirlər. Onun da qarşılığında lazımsız, məntiqsiz kliplər, mahnılar çıxarırlar. Dinləyici də 10 dəfə qulaq asandan sonra başlayır başını yelləməyə, belə-belə tamaşaçının zövqü korlanır".