"Məni sənətdən güclə ayırdılar" - Valeh Kərimov

"Məni sənətdən güclə ayırdılar" - Valeh Kərimov
6397 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, aktrisa Məsumə Babayeva Gənc Tamaşaçılar Teatrından uzaqlaşdırılmasından gileylənib.

Axşam.az xəbər verir ki, yaşına görə teatrdan uzaqlaşdırılmasını qəbul edə bilməyən sənətçilərimizdən biri də Xalq artisti Valeh Kərimovdur. Ömrünün 45 ilini Sumqayıt teatrında çalışan aktyor "Xəzərxəbər"ə müsahibəsində onu sənətdən güclə ayırdıqlarını bildirib:

"8 ildir teatrdan təqaüdə çıxarıblar məni. Soruşan olmadı. Teatrın direktoru mənə dedi ki, Valeh müəllim yanvarın 1-dən daha işə gəlməyin. Çünki yaşınız tamam oldu, sizi azad edirik. O qədər 70 yaşında işləyənlər var ki, biri də mən olardım da...Dilim, beynim, əl-ayağım işləyir. Daha nə lazımdır? İncimişəm... Bu sənətə girdinsə, ayrıla bilmirsən. Məni sənətdən güclə ayırdılar."

Sumqayıt Dövlət Dram Teatrının direktor müavini Vidadi Məmmədov isə bildirib ki, Valeh Kərimov ancaq müqavilə əsasında hər hansı bir rolu canlandıra və daxili imkanlar hesabına vəsait ala bilər.