Yeni İldə ardıcıl 5 gün iş olmayacaq

Yeni İldə ardıcıl 5 gün iş olmayacaq
2522 dəfə oxunub
  • A-
  • A
  • A+

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ilə əlaqədar Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq.

Axşam.az xəbər verir ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1-2 yanvar Yeni İllə bağlı bayram günləri elan edilib.

Azərbaycanda bayram günləri və tətil Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.

Müvafiq olaraq, 2022-ci il 31 dekabr və 2023-cü il 1 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən qanunvericiliyə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 2023-cü il 3 və 4 yanvar tarixləri qeyri-iş günü olacaq.

Bu hesabla, Yeni İl bayramında ardıcıl 5 gün qeyri-iş günü olacaq.