"İndikilər əvvəl bicliyi, sonra sənəti seçirlər"

"İndikilər əvvəl bicliyi, sonra sənəti seçirlər"
1035 dəfə oxunub
  • A-
  • A
  • A+

"Əvvəlki məclislər üçün darıxmışam. Sənətkara hörmət edirdilər. Onun adına yemək bişirilirdi, başqa otaq verirdilər ki, dincələsən. Kəndlərdə gündüz saat 1-dən toy başlayırdı. 5-ə qədər xınayaxdı olurdu. Saat 6-dan sonra isə toy başlayırdı. Oynayanı güclə durğuzardın. İndi 10-15 nəfər birdən düşür ortaya, bilmirsən nədir. Düşünmürdük ki, gedib toyda pul qazanacağıq. Sənət düşünürdük. İndikilər əvvəl bicliyi, sonra sənəti seçirlər".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva "Sənətsevər" proqramında deyib. Qarmon ifaçısı əvvəlki məclislər üçün darıxdığını deyib:

"Qızım deyir ki, keçmişlə yaşayırsan. Yox, o vaxtki insanlar üçün darıxmışam. Əvvəl bir ev alırdın, ikincini ala bilmirdin. İndi isə birini alıb, ikincini, üçüncünü istəyirsən. Dünya malı dünyada qalır. Fikirləşmirlər ki, ömür çox qısadır. Yığ, yığ - hara kimi? Heç kim bu dünyadan nəsə aparmayıb".