Şəbnəm Tapdıqla Mətanət Əliverdiyeva arasında mübahisə

Şəbnəm Tapdıqla Mətanət Əliverdiyeva arasında mübahisə
10548 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün "Xəzər axşamı" proqramında qonaq olan Əməkdar artist Şəbnəm Tapdıqla aparıcı Mətanət Əliverdiyeva arasında gərginlik yaşanıb.

Axşam.az xəbər verir ki, buna səbəb isə veriliş zamanı yayımlanan süjet olub. Videomaterialda vətəndaşlara "Şəbnəm deyəndə kim yadınıza düşür" sualı verilib və sorğuda iştirak edənlərin çoxu Şəbnəm Tovuzlu cavabını verib. Süjetdən sonra Əməkdar artist əsəbiləşərək bunu etməkdə məqsədin nə olduğunu soruşub:

"Məni hamı tanıyır. O çəkiliş başqa şeydir. Məni yolda görəndə şəkil çəkdirirlər. Bu nəyə lazımdır? Nəyə əsasən bu süjeti hazırlamısınız? İnsanların tanıması üçün hər gün efirə çıxmalıyam? Məni camaatdan niyə soruşursunuz? Şəbnəm adının yanına niyə kimisə qoymalısınız? Şəbnəm mənəm, bunu hamı bilir. Bu süjet quramadır. Çox dərinə getsək, el-aləm mənim adımı daşıyırsa, mən insanların yadından necə çıxa bilərəm? Onun əsl adı Aygündür, Şəbnəm deyil".

Mətanət Əliverdiyeva isə "Məndən soruşasydılar sizin adınızı deyərdim. Bizdə qurama heç nə yoxdur. Fikriniz başqa verilişlərə getməsin. İnciməyə dəyməzdi" sözlərini deyib.