Elnarənin qeyri-adi arıqlama üsulu

Elnarənin qeyri-adi arıqlama üsulu
9469 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Elnarə Abdullayeva arıqlama sirrini bölüşüb. 

Axşam.az xəbər verir ki, xanəndə artıq çəki atmaq üçün mədəsini kəsdirənləri tənqid edib. "Söhbət var" proqramına qonaq olan ifaçı bildirib ki, bir vaxtlar çəkisi 39 kiloqram olub:

"Kökəlmişəm, indi 54 kiloqramam. Əvvəl 40-42 kiloqram idim. 48 kiloqram oldum və ondan o tərəfə keçmədim. İndi ən pik nöqtədəyəm. 39 kiloqram olduğum anlar olub. Çox balaca və arıq idim. Əvvəl yemirdim, pandemiyadan sonra həkimlər dedi yeyin kökəlin. Mən də yedim, kökəldim. İndi istəyirəm ki, heç olmasa 48 kiloqrama düşüm. Bir tanış var idi, arıqlayıb. Soruşdum, dedi, mədəkiçiltmə etdirdim. Cavab verdi ki, 2 gilasla, yarım əriklə doyuram. Gəlib evdə oturdum, özümə dedim ki, təsəvvür et mədəni kiçildiblər. 2 gilası yedim, özümə dedim ki, doydun, mədən kəsilib, yemə. İki günə 2 kiloqram çəki atdım. İndi yemək istəyəndə, deyirəm, olmaz, sən əməliyyat etdirmisən. İndi məni yıxıb, kəssinlər ki, pəhriz saxlayım? Özünüz ağlınızda kəsin və arıqlayın. İnsan ağzına sahib çıxmalıdır".