Şagirdlər üçün xüsusi avtobuslar ayrılacaq? - Nazirdən açıqlama

Şagirdlər üçün xüsusi avtobuslar ayrılacaq? - Nazirdən açıqlama
4232 dəfə oxunub
  • A-
  • A
  • A+

"Yol xəritəmizdə məktəb avtobuslarının olması var. Biz istəyirik ki, uşaqlar məktəbə rahat getsin".

Axşam.az APA-ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib. O bildirib ki, bu, birbaşa məktəb seçimi ilə bağlıdır:

"Bir çox ölkələr çox sərt məktəb seçimi qaydası müəyyənləşdiriblər. Məsələn, şagirdə yalnız yaşadığı yerə yaxın ərazidə məktəb seçməyə imkan verilir. Məktəb avtobusu uzaq yerlərdən şagirdləri gətimək üçün nəzərdə tutulub. Bakının məktəbləri ilə bağlı ciddi miflər mövcuddur. Məsələn, hər il tədris ili başlayanda valideynlər ən yaxşı məktəbin hansı olduğunu soruşurlar. Bakıda 330 məktəb var, hər birində yaxşı oxuyan şagird də var, pis oxuyan şagird. Ən yaxşı məktəb mənim üçün evə yaxın olan məktəbdir. Şagird stress yaşamır. Hətta yaxşı olmasa belə, onu birlikdə yaxşı etmək olar".

Nazir deyib ki, şagirdlərin məktəblərdə yerləşdirilməsində müəyyən mənada pərakəndəlik var:

"Lakin son illərdə biz sistemi qurmuşuq. Şagirdlərin əsasən yaşadıqları ərazi üzrə yerləşdirmə aparılır. Bu gün Bakının dörd bir tərəfindən məktəblərə şagird gəlir. Bu səbəbdən hazırda məktəb avtobuslarının nə qədər effektiv olacağı sualı ortaya çıxır. Bəzi məktəblər özəl sektorla əməkdaşlıq çərçivəsində avtobus xidməti ala bilər. Biz bunu dəstəkləyirik. Bunun biz tərəfdən təşkili ilə bağlı bir neçə dəfə cəhdlər olub. Lakin məktəblə ünvanların uyğunlaşmaması bu xidmətin səmərəli təşkilində ən azından kağız üzərində alınmır".