Elza Rasim Balayevlə barışmasından danışdı

Elza Rasim Balayevlə barışmasından danışdı
3920 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Elza Seyidcahan Xalq artisti Rasim Balayevlə barışmasından danışıb.

Axşam.az xəbər verir ki, sənətçi "Bir axşam səhnədə" proqramında danışıb.

"Rasim Balayevlə söz-söhbətdən sonra qarşılaşmamışdıq. Verilişdə idik, sakit oturdum. Amma proqram boyunca gözümün içinə baxdı. Veriliş bitəndən sonra mikrofonu çıxartmaq istəyirdi, ona yardım etdim. Dedi ki, şeir yaz. Ona kitabımı hədiyyə etdim. Dedim ki, əsl şeirlərim bunlardır. Üzündən yox, alnından öpdüm" deyə, Seyidcahan bildirib. 

Qeyd edək ki, Rasim Balayev bəstəkar-müğənninin şeirlərini haqda danışarkən "Ona deyən yoxdur ki, işinlə məşğul ol? Sən şair deyilsən. Bu şeirlər efirlik deyil" sözlərini demişdi. E.Seyidcahan isə cavab olaraq "Rasim Balayevə təşəkkür edirəm, oxucumdur, məni müzakirə edir. Mənim kimi böyük şairi şəxsiyyətli aktyor, xalqımızın gözəl sənətkarı müzakirə edirsə, mənim üçün fəxrdir. Rasim bəy, oxumağa davam edin. Sizi çox istəyirəm, məni tənqid edin" sözlərini bildirib.