İrina Şeyk şəxsi həyatından, karyerasından danışdı - Fotolar

İrina Şeyk şəxsi həyatından, karyerasından danışdı - Fotolar
1739 dəfə oxunub
  • A-
  • A
  • A+

Modellik karyerasının 15 ilini qeyd edən İrina Şeyk "V Magazine" jurnalının yeni buraxılışının siması olub.

Axşam.az xəbər verir ki, model üz qabığında iki fərqli obrazda görünüb.

Rus supermodel müsahibəsində heç vaxt model olmağı planlaşdırmadığını açıqlayıb. Üstəlik, məktəbdə arıq, dolğun dodaqlar və tünd dəriyə görə zorakılığa məruz qaldığını etiraf edib. Lakin sonradan modellik karyerasını qurmaq imkanı olanda ailəsinə kömək etmək istəyərək bu şansı əldən verməyib.

"Atamı 14 yaşımda itirdim. Anam üç işdə işləyirdi, mənim iki nənəm və hamısı qadın olan bir bacım var idi. Hiss etdim ki, ailədə kişi olmalıyam" deyə, İrina bildirib. 

Model etiraf edib ki, ana olduqdan sonra səhnə ilə bağlı şərtləri dəyişib. "Analıqdan bu qədər həzz alacağımı heç təsəvvür etməmişdim. Mənə elə gəlir ki, dünyada sənin övladına olan məhəbbətdən böyük sevgi yoxdur", deyə, Şeyk paylaşıb.