Xərçəngdən əziyyət çəkən Ramiz Novruzun vəziyyəti necədir?

Xərçəngdən əziyyət çəkən Ramiz Novruzun vəziyyəti necədir?
8638 dəfə oxunub
  • A-
  • A
  • A+

Vizajist qızı Şəfəq Novruz Xalq artisti Ramiz Novruzun səhhətindən danışıb. 

Axşam.az xəbər verir ki, "Səhər mərkəzi" proqramına zəng edən Şəfəq atasının hazırda yaxşı olduğunu bildirib. O qeyd edib ki, aktyor mədə xərçəngindən əziyyət çəkir:

"Atam bir az arıqlayıb, amma yaxşıdır. Arıqladığına görə verilişlərə çıxmır. Bir az yaxşı olsun, görünəcək. Mədə xərçəngindən əziyyət çəkirdi. İlk əvvəl pis xəbərlər verdilər. Ölkə başçısı və Birinci xanımın tapşırığı ilə atam nəzarətə götürüldü. Həkimlər müalicə etdi, indi səhhəti çox yaxşıdır".