Afaq Bəşirqızı ilə küsülü olma iddialarına cavab verdi

Afaq Bəşirqızı ilə küsülü olma iddialarına cavab verdi
2900 dəfə oxunub
  • A-
  • A
  • A+

"Vaxtı ilə biz böyük ustadlardan və müəllimlərdən dərs almışıq. Bizim özülümüz var. Bu sənətə pula görə gəlməmişik".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti İlham Namiq Kamal "Maqazin plyus" verilişinə açıqlamasında deyib. Aktyor Xalq artisti Afaq Bəşirqızı ilə küsülü olmaları iddiasına aydınlıq gətirib:

"Uzun illər biz Afaq xanımla rollar ifa etmişik. Kimsə bu xəbərlərdən qazanc əldə etmək istəyirsə, qoy etsin. Belə xəbərləri yayanlar dolanışıq üçün edirlər".

Namiq Kamal yeni ekran işlərində rol almamasının səbəbini açıqlayıb:

"Kimin məktəbi var, o sənət adamlarına daha böyük rəğbətim var. Yalnız peşəkarları alqışlayıram. Peşəkarlıq isə çox böyük məktəbdir. Gözəl ssenarisi, peşəkar rejissor olarsa, mütləq şəkildə yeni serial və filmlərə çəkilərəm".