"Qarmonu əlimə almağa utanıram"

"Qarmonu əlimə almağa utanıram"
2255 dəfə oxunub
  • A-
  • A
  • A+

"Qarmonu əlimə almağa utanıram. Neçə ailələr dağılıb, oğullar dünyasını dəyişib. Ağlaya-ağlaya gəzirdim. Ona görə də dedim ki, efirə çıxmayacağam".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülbahar Şükürlü "Deməsəm olmaz" proqramında deyib. Qarmon ifaçısı bir müddət əvvəl efirə bir il çıxmayacağı açıqlamasına aydınlıq gətirib. O bildirib ki, bir il verilişə qatılmayacaq. 

G.Şükürlü dediyi "heç bir sənət adamının evinə getmirəm, evimə də buraxmıram" sözlərini danışb:

"Belə bir söz deməmişəm. Olmayıb, mümkün deyil. Əslində musiqi aləmində sırf dostluq etdiyim yoxdur. Ancaq ailəliklə dostluq etdiklərim var. Kiminsə arxasınca danışmaqdan utanan adamam, utanıb yerə girərəm. Kiminsə üzünə nəsə demirəmsə, arxasınca da danışmaram".

Qeyd edək ki, musiqiçi "Gündən-günə" proqramında qonaq olarkən "Sənət adamları ilə dostluq etmirəm. Onların evinə getməmişəm. Evimə də buraxmıram. Elə yaxınlıq etdiyim olub ki, sonradan görmüşəm düşməndən betərdi. Dostum, sirdaşım həyat yoldaşım olub. Başqa kimlə dostluq edim? Ünsiyyət qura bilərəm, sirdaşlıq yox. Dostlar var ki, xəbərçilik edirlər, arxalarınca danışırlar. Sənət aləmində dostluq mümkün deyil" sözlərini demişdi.