Sevda tənqidlərə cavab verdi

Sevda tənqidlərə cavab verdi
10919 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Sevda Yahyayeva hamiləlik fotosessiyasına görə onu sosial şəbəkədə qınayanlara cavab verib.

Axşam.az xəbər verir ki, bu barədə sənətçi "7 canlı" verilişində danışıb. Sevda mənfi rəylərin onu narahat etmədiyini bildirib: 

"O fikirlər mənə maraqlı deyil. Çalışıram ki, insanları qıcıqlandırmayım. Öz işimi sevərək həyata keçirirəm. Bu dönəm həyatımın ən gözəl anlarıdır. İstədim ki, xatirə olaraq qalsın. O insanlar haqqında danışıdığı adamların yerində olmaq istəyir. Arzulayıram ki, hamı öz istəyinə çatsın, başqalarında heç nə axtarmasın".

Sevda artıq çəki alması ilə bağlı mövzuya da toxunub: 

"Çox çəki almamışam. Diqqət edirəm. Yoldaşım bu məsələlərdə çox kömək edir. Həkimim də elə odur. Bununla bərabər günümü aktiv keçirirəm. Əgər çox çəki alsaydım da, bu məni narahat etməzdi. Dünyadakı ən gözəl hissləri yaşayıram, arzulayıram ki, hər şey gözəl olsun".

Qeyd edək ki, Sevda ötən il həkim-genetik Zakir Bayramovla ailə qurub. Cütlüyün qızı olacaq.