Nadir Qafarzadə oğlunu tənqid etdi

Nadir Qafarzadə oğlunu tənqid etdi
5712 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Nadir Qafarzadə oğlu Əzizi tənqid edib.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda "7 canlı" proqramında danışıb. O, müğənni olmaq istəyən Əzizin özünü ulduz hesab etdiyini söyləyib:

"Amma elə gənclər var ki, kiçik oğlum Əziz də həmçinin, çox arxayındır özünə. Bir mahnı ifa etməklə düşünür ki, ulduzdur. Deyir ki, mən ulduzam. Ona söyləyirəm ki, 1982-ci ildən 2022-ci ilə qədər hesablasam 40 ildir bu sənətdəyəm. Amma özümə bu qədər arxayın deyiləm. Hələ də heç nə etmədiyimi düşünürəm. Əzizə söyləyirəm ki, nə tez oldu sənin bu arxayınçılığın? Bu saat sən səsyazma studiyalarını gəzib yeni mahnılar yazdırıb, davamlı nəğmələr axtarışında olmalısan. Axı, sən gəncsən.

Əziz TikTokda və İnstaqramda çox aktivdir. Videolar çəkib paylaşır, amma tənbəldir. Onun üçün efirə, verilişlərə çıxmaq problemi yoxdur. Çünki Əzizin adının yanında atası Nadir Qafarzadə var. Amma zaman gedir, bilmirsən sabah ata var, o biri gün isə yox. Buna görə də arxayın olmaq olmaz".

Qeyd edək ki, Nadirin Loğman adlı daha bir övladı var.