Elnur modelyerləri tənqid etdi

Elnur modelyerləri tənqid etdi
1089 dəfə oxunub
  • A-
  • A
  • A+

Stilist Elnur Həsənov "Səhər mərkəzi" proqramında çalışdığı sənət adamlarından danışıb. 

Axşam.az xəbər verir ki, stilist bir vaxtlar birlikdə çalışdığı, hazırda küsülü olduğu müğənni Günay İbrahimli haqda sualı cavabsız qoyub. 

Elnur "Keçmişə getməyək, indi çalışdıqlarımdan danışaq" reaksiyasını verib. 

Stilist əlavə edib ki, Əməkdar artist Lalə Məmmədova ilə çalışır:

"Lalə Məmmədova ilə əvvəl ancaq layihələrdə bir araya gəlirdik. İndi isə ancaq bütün hər işini mən edirəm. Nə geyinəcək, necə görsənəcək mən deyirəm".

Stilist daha sonra modelyerləri tənqid edib. O bildirib ki, çoxları xarici brendlərin kolleksiyasını oğurlayır. Elnur əlavə edib ki, hazırda özəl kolleksiya hazırlayan modelyerlər yoxdur.