Hüseyn Cavidin 140 illiyi "Şeyx Sənan"la qeyd edilib - Fotolar

Hüseyn Cavidin 140 illiyi "Şeyx Sənan"la qeyd edilib - Fotolar
412 dəfə oxunub
  • A-
  • A
  • A+

Prezident İlham Əliyevin Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında sərəncamı çərçivəsində Dövlət Gənc Tamaşaçılar Teatrında "Şeyx Sənan" nümayiş etdirilib.

Axşam.az xəbər verir ki, sözügedən tamaşa 20 ildən artıqdır teatrın repertuarında yer alır. Tamaşadan öncə baş rejissor, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə çıxış edərək yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə işıqlı səhifələr yazmış filosof şair, görkəmli dramaturq haqqında fikirlərini bölüşüb:

"Cavid üçün nə Quran, nə Bibliya, nə ələm, nə xaç önəmli idi. Önəmli olan o idi ki, insan yer üzündə öz məqsədi və missiyasını bilsin. Missiya nədir? Yaradanın sevgisini yer üzünə səpələyərək enerji halında geri qaytarmaq. Bu isə Cavidin dili ilə desək: "Mənim Tanrım gözəllikdir, sevgidir.

Hüseyn Cavid ikinci ömrünü 1982-ci ildən yaşamağa başladı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ədibin cənazəsinin qalıqlarının Sibirdən Azərbaycana gətirilməsi əlamətdar bir tarixi hadisə, uğurlu və cəsarətli bir addım idi".

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı, Xalq rəssamı Tahir Tahirov, bəstəkarı Firudin Allahverdidir.