"Dəyanətin intiharı mənə anlaşılmaz gəlir" - Fotolar

"Dəyanətin intiharı mənə anlaşılmaz gəlir" - Fotolar
3348 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Talıb Tale bir neçə gün əvvəl intihar edən rəqqas, "İstedad" rəqs qrupunun üzvü Dəyanət Məmmədovla bağlı paylaşım edib. 

Axşam.az xəbər verir ki, sənətçi dostu olan mərhumun bu addımı atmasına inanmadığını vurğulayıb.

"Adı kimi özü də dəyanətli, dostcanlı, fədakar Dəyanətin intiharı mənə anlaşılmaz, inanılmaz və sarsıdıcı gəlir. Allah rəhmət eləsin" deyə, Talıb vurğulayıb. 

Qeyd edək ki, D.Məmmədov ötən gün yaşadığı evdə intihar edərək həyatına son qoyub.