"Elçin Cəlilovu narkotikə Xalq artisti öyrəşdirib"

"Elçin Cəlilovu narkotikə Xalq artisti öyrəşdirib"
6101 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Vüqar Muradov mərhum ifaçı Elçin Cəlilovla bağlı etiraflar edib. 

Axşam.az xəbər verir ki, ifaçı bu haqda "Elgizlə izlə" verilişində bəhs edib. O bildirib ki, Elçin Cəlilovu narkotikə Xalq artisti öyrəşdirib. Həmin sənət adamının adını açıqlamayan Vüqar bunları əlavə edib:

"Onu pis yola çəkən qoca biri hələ də yaşayır. Öləndə adını açıqlayacağam. Hər zaman istedadlı insanların arxasınca iynəylə qaçıblar. İradə zəif olanda səni tez yaxalayıblar. Elçin hədsiz saf idi. Dünya boyda sənəti olanı yıxmaq üçün ancaq bu şey lazım idi". 

Aparıcı Elgiz Əkbər isə "Tək Elçin deyil, bir-iki nəfərə də edib onu. Onu yolundan çıxardanın Allah bəlasını versin" deyə, söyləyib. 

Qeyd edək ki, 2005-ci il mayın 10-da səhər vaxtı Elçin Cəlilov mənzilində ölü tapılır. 37 yaşında vəfat edən müğənninin ölümünə səbəb kimi narkotikdən istifadə etməsi göstərilir. 

Əməkdar artist Rəhman Rəhmanovmüsahibələrinin birində oğlu Emil Rəhmanovu da sözügedən Xalq artistinin narkotikə öyrəşdirdiyini açıqlamışdı. O, bildirmişdi ki, həmin şəxs Elçin Cəlilovun da ölümünə səbəb olub.