Emin Ağalarovun anşlaqlı gecəsində yaşananlar - Fotolar

Emin Ağalarovun anşlaqlı gecəsində yaşananlar - Fotolar
1826 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Emin Ağalarovun Heydər Əliyev Sarayında verdiyi ənənəvi konserti baş tutub. 

Axşam.az xəbər verir ki, anşlaqla keçən gecədə müğənni bir-birinin ardınca sevilən mahnılarını səsləndirib. Emin "Стоп, ночь", "Аmore", "Still", "МММ" və digər mahnılarını ifa edib.

Gecədə Emin onu dinləməyə gələnlərlə söhbəti ilə də diqqət çəkib. Səhnədən enim tamaşaçıların yanına yollanan Ağalarov onlarla foto çəkdirib, mahnılarını sevənləri ilə birlikdə oxuyub.

Emin Ağalarov gecədə onu tək qoymayan izləyicilərinə təşəkkür edib. 

Qeyd edək ki, Eminin çıxış etdiyi hər bir şəhərdə bütün gəlir seçilmiş uşaqlara gedir. Bu aksiya ənənəvi xarakter daşıyır və “Xeyirxahlığın Bumeranqı” adlanır. Aksesuarların satışından gələn məbləği sənətçinin özü ikiqat artırır və o, konsertdə qazandığı bütün pulları ianə edir. Buna görə də, bilet alan hər kəs bu xeyirxah işə öz töhfəsini verir. Bu dəfə qan xərçəngindən əziyyət çəkən Anar Eyvazova yardım göndəriləcək. Tamaşaçılar arasında Qarabağ müharibəsi veteranları da olub. 

Konsert iki gün davam edib. Buna səbəb isə tədbirin ilk gününə biletlərin tez bir zamanda bitməsi olub.