Ötən gecə Los-Ancelesdə baş rollarını Marqo Robbi və Bred Pittin canlandırdığı "Babylon" filminin premyerası baş tutub.
Axşam.az xəbər verir ki, rejissor kürsüsündə Demyen Şazelin əyləşdiyi ekran işinin təqdimatında bir çox məşhur iştirak edib.
Qırmızı xalça üzərində obyektivlərə tuş gələn ulduzlar geyimi ilə də diqqət çəkib.
Qeyd edək ki, film artıq “Qızıl Qlobus” mükafatına layiq görülüb.