Müğənni Elvin Abdullayev bu dəfə ailəsi ilə obyektiv qarşısına keçib.
Axşam.az xəbər verir ki, sənətçi Yeni il ab-havalı fotosessiya etdirib. Şəkillərdə Elvinin həyat yoldaşı Afət Abdullayeva, övladları Tuncay və Səid yer alıblar.
"Ailəmlə vaxt keçirtməyi sevirəm. Nə qədər işim çox olsa da, ailəmə xərclədiyim zaman mənə rahatlıq verir. Hətta hərdən dostlarla aramızda qısqanclıq da yaranır. Ən böyük arzum övladlarımın tərbiyəli böyüyüb, xaricdə təhsil almalarıdır. Xanımım da televiziya sahəsində çalışdığı üçün gözəl anlaşırıq. Arada bir-birini başa düşmək olduqda, ailə həyatın da möhkəm olur" deyə, Elvin bildirib.