"Sən qalibsən" adlı gecəyə yığışdılar - Fotolar

"Sən qalibsən" adlı gecəyə yığışdılar - Fotolar
1136 dəfə oxunub
  • A-
  • A
  • A+

Rejissor Nail Naiboğlunun "Sən qalibsən" adlı yaradıcılıq gecəsi baş tutub. 

Axşam.az xəbər verir ki, Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən gecənin aparıcılığını rejissor Aqil M.Quliyev və Vüsalə Səid edib. Aqil və Səidə gecədə ilk olaraq Nailin yaradıcılığından, kliplərindən bəhs ediblər. 

Nail qonaqları salamlayaraq "Məni tək qoymadığınız üçün təşəkkür edirəm. Konsertimin adı "Sən qalibsən"dir. Biz qalib bir ölkənin vətəndaşıyıq. Buna görə də özəl gecəmə bundan fərqli ad düşünə bilməzdim" sözlərini söyləyib. 

Xalq artistləri Mələkxanım Eyubova, Faiq Ağayev, Gülyaz Məmmədiva, Əməkdar artist Fərqanə Qasımova, müğənnilər Elnur Məmmədov, Yaşar Yusub, Samirə AliMəryəm çıxış edib. Türkiyəli müğənni Barış Gömürcüoğlu da gecədə mahnı səsləndirib.