Hollivud ulduzu Jan-Klod Van Dammın oğlu Kristoferlə ailə quran azərbaycanlı pianoçu Suada Hacızadə Amerikaya gedib.
Axşam.az xəbər verir ki, uzun müddətdir viza ala bilməyən pianoçu həyat yoldaşından ayrı yaşayırdı. O, ötən gün paylaşım edərək, artıq Azərbaycandan köçdüyünü bildirib.
Suada Kristoferin yanına getdiyini vurğulayıb. O, görüntülərini yayımlayaraq "Canlı kamera ilə okeanı bir saat izləmək ürpədici və eyni zamanda valehedici idi. Kristofer, çox xoşbəxtəm” sözlərini yazıb.
Qeyd edək ki, Kristofer-Suada cütlüyü ötən ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda nikah masasına oturub. Suada viza ala bilmədiyi üçün cütlük uzun müddət ayrı yaşayıb.