Bu fotolar Nusretə baha başa gəldi - Araşdırma aparılır

Bu fotolar Nusretə baha başa gəldi - Araşdırma aparılır
11079 dəfə oxunub
  • A-
  • A
  • A+

Duztökmə hərəkəti ilə dünyada məşhur olan türkiyəli aşpaz Nusret Gökçenin dünya çempionatında matçdan sonra futbolçularla şəkil çəkdirməyi başına bəla olub.

Axşam.az xəbər verir ki, sözügedən müzakirələrə səbəb olan görüntülərə FİFA da münasibət bildirib. Qeyd olunub ki, aşpazın Qətərdə baş tutan dünya çempionatının finalında - Argentina və Fransa oyunundan sonra meydançada olması araşdırılmağa başlayıb. Bəlli olub ki, o, bunu icazəsiz edib. Hazırda aşpazın bunu necə etdiyi müəyyənləşdirilir və məsələ ilə bağlı müvafiq tədbirlərin görüləcəyi açıqlanıb.

Qeyd edək ki, Nusret meydançada Lionel Messi də daxil olmaqla qalib gələn Argentinanın demək olar bütün oyunçuları ilə foto çəkdirib və hətta kuboka belə toxunub. Onun bu hərəkəti uzun müddətdir gündəmdən düşmək bilmir.

Bundan sonra "U.S. Open Cup" davranışlarına görə aşpaza finala qatılmasına icazə verməyəcəklərini açıqlayıb.