Şəbnəm etirazlar keçirilən İranda - Fotolar

Şəbnəm etirazlar keçirilən İranda  - Fotolar
8542 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Şəbnəm Tovuzlu sentyabrdan bu yana etiraz aksiyaları gedən İrana yollanıb. 

Axşam.az xəbər verir ki, sənətçi Qum şəhərindən görüntülərini instaqram hesabında yayımlayıb. 

"Hər bir bəndənin arzusudur xanım Məsuməni ziyarət etmək. Ailəmlə birlikdə mənə də nəsib etdi. Çox şükür rəbbim sənə" deyə, Şəbnəm bildirib. 

İfaçı daha sonra İmam Rzanın məqbərəsini ziyarət etdiyini vurğulayıb. 

Qeyd edək ki, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi səbəbindən etiraz aksiyaları keçirilir. Aksiyalar zamanı 20 yaşlı Hədis Nəcəf, 23 yaşlı Hananeh Kia, 33 yaşlı Qəzəli Çələvi də öldürülüb.