“Muğamları yaşat” adlı gecə keçirildi - Fotolar

“Muğamları yaşat” adlı gecə keçirildi - Fotolar
508 dəfə oxunub
  • A-
  • A
  • A+

Ağdam Muğam Mərkəzində Bəyalı Əsədovun rəhbərliyi ilə yaradılmış "Kaman" xalq çalğı alətləri ansamblının "Muğamları yaşat" adlı konserti baş tutub.

Axşam.az xəbər verir ki, konsertdə Ağdam rayon İcra Hakimiyyətinin nümayəndələri, Ağdam Musiqi Kollecinin müəllim və tələbə heyəti, Ağcəbədi Regional Mədəniyyət İdarəsinin nümayəndələri, Uşaq Musiqi Məktəbinin müəllimləri və muğamsevərlər iştirak edib. B.Əsədovun təqdim etdiyi solo ifalar, eləcə də ifaçının tərtibatını verdiyi "Zərb Muğam" kompozisiyası böyük tamaşaçı marağına səbəb olub, alqışlarla qarşılanıb. Konsert boyu ansamblın solistlərinin muğam və xalq mahnılarından ibarət rəngarəng ifaları təqdim edilib. Milli-mənəvi dəyərlərimizdən hesab edilən muğamları yaşatmağı öz ali məqsədinə çevirmiş "Kaman" çalğı alətləri ansamblı xalq və bəstəkar musiqiləri ilə də tamaşaçıların zövqünü oxşayıb. 

Qeyd edək ki, ansamblın bədii rəhbəri Bəyalı Nayiq oğlu Əsədov 25 aprel, 1995-ci ildə Ağdam rayonunun Əfətli kəndində musiqiçi ailəsində anadan olub. İlk musiqi təhsilini Əfətli kənd Uşaq Musiqi Məktəbində alıb. Ağdam Musiqi Kollecində  təhsilini başa vurduqdan sonra Azərbaycan Milli Konservatoriyasında qiyabi olaraq təhsilini davam etdirib. 2014-cü  ildən Ağdam Musiqi Kollecində pedaqoji fəaliyyətlə başlayıb. Respublika və rayon miqyaslı  tədbirlərdə müxtəlif ansamblların tərkibində çıxış etmiş, fəxri fərman və diplomlarla təltif edilib.