"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva bayram tətilini Bakıda keçirir.
Axşam.az xəbər verir ki, ailə qurduqdan sonra İstanbulda yaşayan müğənni gəzinti fotolarını sosial şəbəkə hesabında yayımlayıb.
Safurə şəkillərə "Azərbaycanın ən gözəl yerlərindən birində - ailə günü" qısa şərhini yazıb. Fotolarda onun həyat yoldaşı Fərhad Əliyev, oğlu İsgəndər yer alıblar.
Qeyd edək ki, Fərhad Əliyev keçmiş energetika naziri, mərhum Natiq Əliyevin oğludur. Cütlüyün 3 övladı var.