"Avroviziya" təmsilçilərimizdən olan Samirə Əfəndi Yeni ili İspaniyada qarşılayıb.
Axşam.az xəbər verir ki, sənətçi gəzinti fotolarını sosial şəbəkə hesabında yayımlayıb. Samirə bildirib ki, orada insanlar onu tanıyıb və "mata Hari" mahnısını birlikdə səsləndiriblər.
Samirə şəkillərinə "2023-cü ili Madritdə qarşıladım. Bir deyim var: İli yaxşı başlamaq bütün ili yaxşı edər. Buna görə də mən bütün ildən səyahət gözləyirəm. Daha yaxşı nə ola bilər..." sözlərini yazıb.