Türkiyəli musiqiçi Hakan Yelbiz Muğlanın Milas bölgəsində ağır avtomobil qəzası səbəbindən vəfat edib.
Axşam.az xəbər verir ki, sükan arxasında əyləşən musiqiçi idarəetməni itirib və avtomobili yol kənarındakı dəmir sədlərə vurub. Çevrilən maşının içində olan Hakan hadisə yerindəcə həyatını itirib.
Onun yanında olan Sabine Ayper Yelbiz isə xəstəxanaya aparılıb.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.