Gecənin qalibləri onlar oldu - Fotolar

Gecənin qalibləri onlar oldu - Fotolar
804 dəfə oxunub
  • A-
  • A
  • A+

"Qızıl Qlobus" film mükafatlarının qalibləri bəlli olub.

Axşam.az xəbər verir ki, rejissor Stiven Spilberqin "Fabelmanlar" "Ən yaxşı dram filmi" nominasiyasında mükafata layiq görülüb.

"Ən yaxşı dram aktyoru” nominasiyasında aktyor Ostin Batler (“Elvis”) qlobus qazanıb. "Ən yaxşı dram aktrisası" nominasiyasında isə aktrisa Keyt Blanşett ("Tar") birinci olub.

"Ən yaxşı dram serialı" kimi "Əjdaha evi" seçilib. Kevin Kostner "Yellowstone" filmindəki performansına görə "Serialda ən yaxşı aktyor" nominasiyasında "Qızıl Qlobus"u qazanıb.

Qeyd edək ki, 2022-ci ilin noyabrında aktyor Brendan Freyzer keçmiş təşkilatçılardan birinin təzyiqinə görə mükafatlarmaya gəlməkdən imtina edib. Aktyor Darren Aronofskinin “Balina” filmindəki işinə görə namizəd olsa belə, tədbirdə görünməyəcəyini bildirmişdi.