İranda daha bir rəssam həbs olundu - Fotolar

İranda daha bir rəssam həbs olundu - Fotolar
729 dəfə oxunub
  • A-
  • A
  • A+

İranda rəssam, heykəltəraş İsa Çulandım həbs olunub.

Axşam.az xəbər verir ki, sənətçi yanvarın 10-da hökumət qüvvələrinin evinə hücumundan sonra saxlanılıb. İsanın şəxsi əşyalarını, o cümlədən kompüter və mobil telefonu müsadirə olunub.

Buna səbəb isə rəssamın son əsərləri olub. Belə ki, o, İranda davam edən etirazlar fonunda həyatını itirənlərin portretini parça üzərinə həkk edərək paylaşıb. İsa sonuncu paylaşımına "Ölkəmdə ev dustağıyam. Dövrümün ölüləri" deyə yazıb.

Rəssamın harada saxlanıldığı açıqlanmayıb.