Merilin Monroya bənzəmək üçün 3,5 milyonundan keçib - Fotolar

Merilin Monroya bənzəmək üçün 3,5 milyonundan keçib - Fotolar
4277 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı Serena Smit özünü dünya şöhrətli mərhum aktrisa Merilin Monroya bənzətmək üçün dəfələrlə bıçaq altına yatmalı olub. 

Axşam.az xəbər verir ki, Serena ilk əməliyyatını cəmi 18 yaşı olarkən etdirib. Onun ümumilikdə prosedurlara xərclədiyi məbləğın 3,5 milyon rubl (təxminən 86 min 720 manat) olduğu bildirilib.

23 yaşında Serena sinəsini və ombasını böyüdüb, rinoplastika və dodaq dolğusu etdirmək kimi bir çox prosedurdan keçib. O, hazırda ara-sıra televiziya şoularına çıxır və müğənni kimi fəaliyyət göstərir.