"Bakılı oğlanlar" və ailə üzvləri illər sonra bir arada - Fotolar

"Bakılı oğlanlar" və ailə üzvləri illər sonra bir arada - Fotolar
16696 dəfə oxunub
  • A-
  • A
  • A+

Keçmiş "Bakılı oğlanlar" komandasının üzvləri bir araya gəliblər. 

Axşam.az xəbər verir ki, bu haqda Əməkdar artist Bəhram Bağırzadə paylaşım edib. O bildirib ki, bayramı keçmiş vaxtlarda olduğu kimi bir yerdə və ailələri ilə birlikdə keçiriblər:

"Gənclik illərində "Bakılı oğlanlar" KVN komandası Yeni ili valideynləri ilə birlikdə qeyd edirdi. Saat 12.00-dan sonra sevimli analarımızı və atalarımızı öpüb, hamımız təyin olunmuş yerə gəlirdik və bayramı şən qeyd edirdik. Sonra ənənəyə uyğun olaraq yanvarın 1-də Anar Məmmədxanovun yanına gəlirdik, yanvarın 2-də isə Timur Vaynşteynin evinə toplaşırdıq. Beləliklə, uzun illər bunu yaşadıq - bayramın üç günü... Amma gənclik keçdi və onu təkrarlamaq mümkün deyil. İndi hər il yeni ilimiz üçün yeni bir formatla qarşılaşırıq. Bu il uşaqlar planetin müxtəlif yerlərindən - Moskvadan, İsraildən, uzaq və çox da uzaq olmayan digər ölkələrdən gəldilər. Toplanma yeri isə mənim doğma, sevimli şəhərim Bakıdır. Otururub bayram edirik - böyüyən uşaqlarla, hətta nəvələrlə. Amma bizim nəvələrimiz olsa da, biz "Bakılı oğlanlar" olmuşuq, varıq və olacağıq".