Bu dəfə onlar mükafat aldı - Fotolar

Bu dəfə onlar mükafat aldı - Fotolar
823 dəfə oxunub
  • A-
  • A
  • A+

28-ci dəfə keçirilən "Tənqidçilərin Seçimi" mükafatları ötən gün Los-Ancelesdə baş tutub.

Axşam.az xəbər verir ki, gecədə rejissorlar Deniyel Şaynert və Deniyel Kvanın “Hər şey, hər yerdə və birdən” filmi “Ən yaxşı film”, “Ən yaxşı rejissor”, “Orijinal ssenari və montaj” nominasiyalarında mükafatlara layiq görülüb.

"Ən yaxşı aktyor" nominasiyasında birinci “Balina” filmindəki baş rola görə Brendan Freyzer olub. “Tar” filmində dirijor rolunu canlandıran Keyt Blanşett isə “Ən yaxşı aktrisa” seçilib. "Qızıl Qlobus" mükafatlarında olduğu kimi, münsiflər heyəti növbəti dəfə “Ağ Lotus” filmindəki roluna görə Cennifer Kulidc və “Eyforiya” filmindəki roluna görə Zendaya da gecədə mükafat alanlar sırasında yer alıb.

Qaliblərin tam siyahısı belədir:

"Ən yaxşı film" - “Hər şey hər yerdə və birdən”

"Ən yaxşı komediya" - "Knives Out"

"Ən yaxşı aktyor" - Brendan Freyzer, "Balina"

"Ən yaxşı aktrisa" - Keyt Blanşett, "Tar"

"Ən yaxşı rejissor" - Deniyel Şaynert və Deniyel Kvan, “Hər şey, hər yerdə və birdən”

"Ən yaxşı ikinci plan aktyoru" - Ke Huy Kuan, “Hər şey, hər yerdə və birdən”

"Ən yaxşı ikinci plan aktrisa" - Ancela Bassett, "Qara pantera: Əbədi Vakanda"

"Dram serialında ikinci planda ən yaxşı aktrisa" - Cennifer Kulidc, “Ağ Lotus”

"Dram serialında ikinci planda ən yaxşı aktyor" - Cankarlo Espozito "Better Call Saul"

"Ən yaxşı gənc aktyor/aktrisa" -  Qabriyel Labell, "Fabelmanlar"

"Ən yaxşı aktyor heyəti" - "Knives Out: The Glass Onion"

"Ən yaxşı orijinal ssenari" - Deniyel Şaynert və Deniyel Kvan, “Hər şey, hər yerdə və birdən”

"Ən yaxşı uyğunlaşdırılmış ssenari" - Sara Polli, "Qadınlar danışır"

"Ən yaxşı cizgi filmi" - "Pinokkio"

"Ən yaxşı mahnı" - "Naatu Naatu", "RRR: The Revolution Roars Near" (hind)

"Ən yaxşı komediya serialı" - "Abbott elementary school"

"Ən yaxşı dram serialı" - "Better Call Saul"

"Ən yaxşı mini seriya" - "The Dropout"

"Dram serialında ən yaxşı aktyor" - Bob Odenkirk, "Better Call Saul"

"Dram serialında ən yaxşı aktrisa" - Zendaya, "Eyforiya"

"Komediya serialında ən yaxşı aktyor" - Ceremi Allen Uayt, "Ayı"

"Ən yaxşı TV komediya aktrisası" - Cin Smart, "Hiylələr"

"Komediya serialında ikinci planda ən yaxşı aktyor" - Henri Vinkler, "Barri"

"Ən yaxşı xarici film" - "RRR: The Revolution Roars Near" (hind)

"Miniserialda ən yaxşı aktrisa" - Amanda Seyfrid, "Dropout"

"Miniserialda ən yaxşı aktyor" - Deniel Redkliff, "Wird Al"

"Komediya serialında ikinci planda ən yaxşı aktrisa" - Şeril Li Ralf "Abbott Elementary School"

"Miniserialda ən yaxşı ikinci plan aktyoru" - Pol Uolter Xauzer, "Qara quş"

"Mini serialda ən yaxşı ikinci plan qadın rolu" - Nisi Neş, "Canavar: Cefri Damerin hekayəsi"