Gülüstan Əliyeva evlilik iddialarına cavab verdi

Gülüstan Əliyeva evlilik iddialarına cavab verdi
30332 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Gülüstan Əliyeva sosial şəbəkədəki paylaşımı ilə müzakirələrə səbəb olub. 

Axşam.az xəbər verir ki, xanəndənin Emin Xıdırov adlı gənclə yayımladığı şəkil birmənalı qarşılanmayıb. 

Əliyevanın "Sevilmək sevməkdən gözəldir, öyrəndim…" sözlərinə insanlar müxtəlif şərhlər yazıb. Bir çoxları müğənninin ailə qurmağa hazırlaşdığını, fotodakı şəxslə eşq yaşadığını yazıb. 

G.Əliyeva Axşam.az-a açıqlama verərək, məsələyə aydınlıq gətirib. O, yazılanlara təəccübləndiyini gizlətməyib:

"Oğlan modeldir, klipimdə çəkilib. Mən də klipdən anons paylaşdım. İnsanlar bilmir ki, nə yazsın".