Amerikalı aktyor Çenninq Tatum “Vanity Fair” jurnalının yeni sayının üz qabığında yer alıb.
Axşam.az xəbər verir ki, aktyor keçmiş həyat yoldaşı Cenna Duandan boşanması ilə bağlı sualları cavablandıraraq bunun çətin mərhələ olduğunu bildirib. O, vurğulayıb ki, bu addımı atmamaq üçün uzun müddət mübarizə aparsalar da alınmayıb.
Tatum etiraf edib ki, bir daha evlənib-evlənməyəcəyinə əmin deyil.
Qeyd edək ki, aktyor Cenna ilə 2006-cı ildə "Step up" filminin çəkiliş meydançasında tanış olub və üç il sonra evləniblər. Cütlüyün Everli adlı bir qızı var. Onlar 2018-ci ildə boşanıblar. O, hazırda aktrisa Zoë Kravitzlə münasibətdədir.