Vüqar Qaradağlı oğlunu nişanladı - Video+Fotolar

Vüqar Qaradağlı oğlunu nişanladı - Video+Fotolar
6737 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV-nin keçmiş prezidenti, Əməkdar jurnalist Vüqar Qaradağlının oğlu Aydın nişanlanıb. 

Axşam.az-ın məlumatına görə, Aydın Qaradağlı Lalə Bağırova adlı xanımla evlənməyə hazırlaşır. 

Nişan mərasimi ötən gün şəhər restoranlarından birində baş tutub. Gecədə Vüqar Qaradağlı gəlinin barmağına nişan üzüyünü taxıb. 

Qeyd edək ki, bir müddət əvvəl V.Qaradağlının qızı Gültəkinin də nişanı olmuşdu. O, tanınmış proqramist Tural Bədirxanlı ilə nişanlanıb. ABŞ-da Masaçusets Texnologiya İnstitutunun məzunu olan Tural digər iki həmkarı ilə birlikdə "Namo Media" interaktiv reklam proqramını yaradıb və tviterə satıb. O, bunun qarşılığında 50 milyon dollar alıb və eyni zamanda tvitterdə pay sahibi olub.

Gültəkin və Aydın Amerikada yaşayır.