"Ölkəmdə 18 yaşından sonra övladınız olubsa, gecikmisiniz deməkdir"

"Ölkəmdə 18 yaşından sonra övladınız olubsa, gecikmisiniz deməkdir"
2912 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı məşhur supermodel İrina Şeyk İspaniyanın “Vogue” jurnalının yeni sayının üz qabığında yer alıb.

Axşam.az xəbər verir ki, çəkilişin fotoqrafı Yelizaveta Porodina olub. İrina obyektiv qarşısına keçməklə yanaşı nəşrə müsahibə də verib.

"Qadınlar müəyyən sosial təzyiqlərlə üzləşirlər. Mənim doğma ölkəmdə 18 və ya 20 yaşından sonra övlad sahibi olmusunuzsa, bu, artıq gecikmisiniz deməkdir. Nənəmin mənə necə dediyini xatırlayıram: "Ərin və uşaqların nə vaxt olacaq? Bacını nümunə götür!" Amma mən inanıram ki, hər bir qadın nə vaxt ana olacağına özü qərar verməlidir. Eyni zamanda, ana olmaq həyatda əldə edilə biləcək ən gözəl təcrübələrdən biri kimi hesab edirəm. Qızım mənim ən yaxın dostumdur" deyə, İrina bildirib. 

Supermodel ana olduqdan sonra onu açıq-saçıq geyimlərə tənqid edənlərə isə belə cavab verib:

"Ana olmaq o demək deyil ki, müəyyən paltarlar geyinib, bəlli vaxtlarda yatmalısan. Özün olmaqdan imtina etməlisən".

İrina cazibədarlığın əslində nədən qaynaqlandığı barədə fikirlərini isə bu sözlərlə ifadə edib:

"Düşünürəm ki, əsl cazibədarlıq özünə inamdan irəli gəlir. Özünü möhtəşəm hiss edən hər qadın mənim üçün həmişə gözəl və cəlbedicidir. Bu, əbədi və daxildə yaşayan bir şeydir. Karyerama çimərlik və alt paltarında poza verərək başladım. Düzdür, bəzən moda sənayesi səni etiketləməyə çalışır. Ondan uzaqlaşıb yüksək moda dünyasında işləmək üçün mübarizə aparmalı oldum. Cəlbedicilik zahiri görkəmlə, hündürdaban ayaqqabı və ya makiyajla deyil, özünə güvəndən asılıdır".

Qeyd edək ki, İrinann aktyor Bredli Kuperdən beş yaşlı Lea adlı qızı var. 2015-ci ildən münasibətdə olan cütlük bir neçə dəfə ayrılıb. Son çıxan xəbərlərə görə, İrina və Kuper yenidən birlikdədir.